Fəsillər
18 Mart 2014 Salı
Fəsillər arasında oxşar və fərqli cəhətlər
Qışı yaz, yazı yay , yayı isə payız fəsli əvəz edir. Fəsilləri biz çayların donması , qaranquşların gəlməsi, yarpaqların tökülməsi və s. ilə müşahidə edirik. İlin 12 ayı 4 fəsil arasında belə bölünür: mart,aprel, may-yaz ayları ; iyun, iyul, avqust-yay ayları; sentyabr, oktyabr,noyabr-payız ayları; dekabr,yanvar, fevral isə qış ayları. Gecə ilə gündüz il ərzində iki dəfə bərabərləşir: bir yazda, yəni martın 21-də, bir də payızda. Amma bu bərabərləşmələr arasında böyük bir fərq var: yaz bərabərliyindən sonra gündüzlər uzanmaqda, gecələr isə qısalmaqda davam edir.Payız bərabərliyindən sonra isə, əksinə,gecələr hər gün bir az da uzanır,gündüzllər isə qısalır.Yayın şıddətli istilərindən sonra sentyabrın gətirdiyi sərinlik təbiətə sanki yenidən yaz təravəti verir.Havaların sərinləşməsi, uzun quraqlıqdan sonra yağan yağışlar bitkiləri canlandırır.Amma yaz aylarından fərqli olaraq bu təravət uzun sürmür.Günlər qısaldıqca yarpaqların, otların şux yaşıl rəngi dəyişməyə başlayır:saralır, qızarır, təbiət əlvan rənglərə boyanır.Payızda meşələr, bağlar çox gözəl görünür. Meyvə bağlarında qızğın iş gedir.Təbii şəraitdə , bol günəş işığı ilə bəslənən bu meyvələr orqanizm üçün çox olan vitaminlərlə zəngindir.Yarpaqlar bir-bir tökülür,ağaclar tamamilə çılpaq qalır.Biz artıq bilirik ki, bunun səbəbi istinin, işığın azalmasıdır.
Fəsillərdə olan dəyişikliklər
Martın 21-də qışı yaz əvəz edir.Yazdan sonra yay gəlir. İyunun 22-dən etibarən yay fəslidir. Sentyabrın 23-də yay başa çatır və payız gəlir. Dekabrın 22-də isə qış fəsli girir.Bəs fəsillər necə dəyişir?Necə olur ki, çöllərdə, meşələrdə qar əriyir.Ətraf yaşıllaşır, gül-çiçəklə bəzənir.Sonra yayın istisi zərif otları çiçəkləri yandırıb soldurur.Şiddətli istilərdən sonra payızın sərin nəfəsi hiss olunmağa başlayır. Amma çox çəkmir ki, qış gəlir.Qar yağır.Beləcə, fəsillər dəyişməyən ardıcıllıqla bir-birini əvəz edir.
Biz artıq Yerin kürə şəklində olduğunu, onun Günəşin ətrafında fırlandığını bilirik. Yerin Günəş ətrafındakı yoluna onun orbiti deyilir.Orbiti boyunca hərəkət edərkən Yer kürəsinin yuxarı və aşağı hissəllərinə düşən istiliyin və işığın miqdarı daim dəyişır.Yer kürəsinin yuxarı hissəsinə şimal yarımkürəsi, aşağı hissəsinə cənub yarımkürəsi deyilir.
Yerin Günəş ətrafındakı hərəkəti 1 ilə başa çatır.1 ilə başa çatır. 1il isə bildiyimiz kimi, 12 aydır. 12 ay ərzində bir dəfə qış, bir dəfə yay olur.Qışın və yayın dəyişməsi birdən- birə yox, tədricən baş verir.

Fəsillərdə olan əlamətdar günlər
Biz fəsillərdə olan əlamətdar günləri araşdırdıq-1İyun Uşaqların müdafiə günüdür.
26 İyun Silahlı Qüvvələr günü.-Yay fəslində.
8 Mart- Beynəlxalq Qadınlar bayramı. 10Mart-Milli Teatr günü.20- 21Mart- Novruz bayramı .
28- May Respublika günü.- Yaz fəslində
15-Sentyabr Bilik günü.5Oktyabr -Müəllım günü.-Payız fəslində.
31Dekabr-Dünya Azərbaycanlıların həmrəylik günü.
1Yanvar-Yeni il- Qış fəslində.
Kaydol:
Kayıtlar (Atom)