18 Mart 2014 Salı
Fəsillər arasında oxşar və fərqli cəhətlər
Qışı yaz, yazı yay , yayı isə payız fəsli əvəz edir. Fəsilləri biz çayların donması , qaranquşların gəlməsi, yarpaqların tökülməsi və s. ilə müşahidə edirik. İlin 12 ayı 4 fəsil arasında belə bölünür: mart,aprel, may-yaz ayları ; iyun, iyul, avqust-yay ayları; sentyabr, oktyabr,noyabr-payız ayları; dekabr,yanvar, fevral isə qış ayları. Gecə ilə gündüz il ərzində iki dəfə bərabərləşir: bir yazda, yəni martın 21-də, bir də payızda. Amma bu bərabərləşmələr arasında böyük bir fərq var: yaz bərabərliyindən sonra gündüzlər uzanmaqda, gecələr isə qısalmaqda davam edir.Payız bərabərliyindən sonra isə, əksinə,gecələr hər gün bir az da uzanır,gündüzllər isə qısalır.Yayın şıddətli istilərindən sonra sentyabrın gətirdiyi sərinlik təbiətə sanki yenidən yaz təravəti verir.Havaların sərinləşməsi, uzun quraqlıqdan sonra yağan yağışlar bitkiləri canlandırır.Amma yaz aylarından fərqli olaraq bu təravət uzun sürmür.Günlər qısaldıqca yarpaqların, otların şux yaşıl rəngi dəyişməyə başlayır:saralır, qızarır, təbiət əlvan rənglərə boyanır.Payızda meşələr, bağlar çox gözəl görünür. Meyvə bağlarında qızğın iş gedir.Təbii şəraitdə , bol günəş işığı ilə bəslənən bu meyvələr orqanizm üçün çox olan vitaminlərlə zəngindir.Yarpaqlar bir-bir tökülür,ağaclar tamamilə çılpaq qalır.Biz artıq bilirik ki, bunun səbəbi istinin, işığın azalmasıdır.
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder