Martın 21-də qışı yaz əvəz edir.Yazdan sonra yay gəlir. İyunun 22-dən etibarən yay fəslidir. Sentyabrın 23-də yay başa çatır və payız gəlir. Dekabrın 22-də isə qış fəsli girir.Bəs fəsillər necə dəyişir?Necə olur ki, çöllərdə, meşələrdə qar əriyir.Ətraf yaşıllaşır, gül-çiçəklə bəzənir.Sonra yayın istisi zərif otları çiçəkləri yandırıb soldurur.Şiddətli istilərdən sonra payızın sərin nəfəsi hiss olunmağa başlayır. Amma çox çəkmir ki, qış gəlir.Qar yağır.Beləcə, fəsillər dəyişməyən ardıcıllıqla bir-birini əvəz edir.
Biz artıq Yerin kürə şəklində olduğunu, onun Günəşin ətrafında fırlandığını bilirik. Yerin Günəş ətrafındakı yoluna onun orbiti deyilir.Orbiti boyunca hərəkət edərkən Yer kürəsinin yuxarı və aşağı hissəllərinə düşən istiliyin və işığın miqdarı daim dəyişır.Yer kürəsinin yuxarı hissəsinə şimal yarımkürəsi, aşağı hissəsinə cənub yarımkürəsi deyilir.
Yerin Günəş ətrafındakı hərəkəti 1 ilə başa çatır.1 ilə başa çatır. 1il isə bildiyimiz kimi, 12 aydır. 12 ay ərzində bir dəfə qış, bir dəfə yay olur.Qışın və yayın dəyişməsi birdən- birə yox, tədricən baş verir.
Hiç yorum yok:
Yorum Gönder